Niderland millisinin hücumçusu yeni rekorda imza atıb

Futbol
  • 12 oktyabr, 2021
  • 05:21
Niderland millisinin hücumçusu yeni rekorda imza atıb
Memfis Depay

Niderland millisinin futbolçusu Memfis Depay yeni rekorda imza atıb.

"Report" "OptaJose" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna Cəbəllütariqə 6:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.

İspaniyanın "Barselona" klubundan yığmaya cəlb edilən forvard görüşdə dubla imza ataraq təqvim ilində millidə 13-14-cü qollarını vurub. Beləliklə, Depay Patrik Klyuvertin 12 qolluk rekordunu qırıb.

Qeyd edək ki, Niderland millisi 19 xalla G qrupuna başçılıq edir.