"Neftçi"nin futbolçusunun ayağına yeddi tikiş qoyulub
Futbol
- 05 fevral, 2026
- 10:59
"Neftçi"nin futbolçusu Freddi Varqasın ayağına yeddi tikiş qoyulub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib.
Klub rəsmisi Misli Premyer Liqasının XVIII turunda, "Araz-Naxçıvan"la oyunda zədələnən venesuelalı yarımmüdafiəçinin durumuna aydınlıq gətirib:
"Zərbə nəticəsində Freddi Varqasın ayağında dəri qatı cırıldığına görə 7 tikiş qoyulub. Bu həftə fərdi məşqlərə başlayacaq. Növbəti həftədən isə komanda ilə birgə məşqlərdə iştirak edəcək. Varqas sarı vərəqə limitini doldurduğu üçün növbəti turun oyununu buraxacaq".
Qeyd edək ki, "Neftçi" "Araz-Naxçıvan"ı dörd cavabsız qolla məğlub edib. Bakı klub XIX turda "Qəbələ"ni qəbul edəcək.
Son xəbərlər
21:50
Azərbaycan və Sloveniya qarşılıqlı ticarət həcminin artımını qeyd ediblər
Xarici siyasət21:38
Çinli idmançı XXV Qış Olimpiya Oyunları zamanı xəstəxanaya çatdırılıb
Fərdi21:35
Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan imtina edib
Hadisə21:26
Foto
Güclü qar Cəlilabad və Biləsuvarda ciddi fəsadlar törədib
Hadisə21:02
"Barselona"nın hücumçusu "Atletiko"ya qarşı oyunda komandasına kömək edə bilməyəcək
Futbol21:00
Foto
Bakıda Litvanın müstəqilliyinin bərpasının 108-ci ildönümü qeyd edilib
Xarici siyasət20:54
İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
Digər ölkələr20:44
Foto
Boks üzrə Azərbaycan çempionatının üçüncü günündə 47 döyüş keçirilib
Fərdi20:44