"Neftçi"nin baş məşqçisi: "Qalatasaray"la matça qələbə üçün çıxacağıq"
Futbol
- 31 avqust, 2020
- 11:50
"Oyunun harada olmasının fərqi yoxdur".
"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov klubun rəsmi televiziyasına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə təmsilçisi "Qalatasaray"la keçirəcəkləri matç barədə danışarkən deyib.
43 yaşlı mütəxəssis deyib ki, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər: "Biz meydana qələbə üçün çıxacağıq. Bizim üçün rahat olacaq, evdə oynayırıq. İnanın ki, bu qarşılaşmaya da qələbə üçün çıxacağıq. Komandamız üçün nə xeyirlidirsə, o da olsun".
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.
Son xəbərlər
11:14
Foto
Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Komanda11:07
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibinin futbolçusu zədələnib
Futbol11:07
Tərtərdə suvarma kanalında 1 nəfər batıb
Hadisə10:55
İran və Venesuela XİN rəhbərləri ABŞ barədə fikir mübadiləsi aparıblar
Region10:40
Fransada oğurluqlar səbəbindən ilbiz və istiridyə fermalarında təhlükəsizlik gücləndirilib
Digər ölkələr10:17
Qyökereş 2023-cü ildən bəri ardıcıl 19 penaltini qola çevirib
Futbol10:08
Meksika klubu "Qarabağ"ın sabiq futbolçusu Juninyonun transferini açıqlayıb
Futbol09:33
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi09:32
Video