"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibinin futbolçusu zədələnib

Futbol
  • 21 dekabr, 2025
  • 11:07
Qarabağın UEFA Çempionlar Liqasındakı rəqibinin futbolçusu zədələnib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Qarabağ"la üz-üzə gələcək İngiltərənin "Liverpul" klubunun futbolçusu Aleksander İsak zədələnib.

"Report"un məlumatına görə, isveçli hücumçu Premyer Liqanın XVII turunda "Tottenhem"ə qalib gəldikləri (2:1) oyunda sıradan çıxıb.

56-cı dəqiqədə matçda hesabı açan forvard dörd dəqiqə sonra əvəzlənməli olub. İsakın zədəsinin ciddi olacağı gözlənilir.

Qeyd edək ki, "Qarabağ" "Liverpul"la yanvarın 28-də İngiltərədə üz-üzə gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti