Millimizin futbolçusu Rumıniya klubu ilə müqavilə bağladı

Futbol
  • 11 sentyabr, 2020
  • 13:59
Millimizin futbolçusu Rumıniya klubu ilə müqavilə bağladı

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Nazlıcan Parlak karyerasını Rumıniyada davam etdirəcək.

"Report"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi "Piros Security Arad" klubu ilə 1 illik muqavilə bağlayıb.

Parlak bu keçidədək Türkiyənin "Kireçburnu" komandasının formasını geyinib.