Millimiz 3 yoldaşlıq matçı keçirəcək
- 27 may, 2021
- 08:24

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışı başlayıb.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mayın 31-dək Bakıda hazırlaşacaq yığma daha sonra ölkə xaricinə yollanacaq.
Kollektiv iyunun 1-dən 3-dək Minsk, 3-dən 6-dək isə Moldovanın Kişineu şəhərində hazırlıq keçəcək.
U-19 hazırlıq çərçivəsində üç yoldaşlıq oyunu keçirəcək. Yığma iyunun 2-də Belarusun U-19, 4-də və 6-da isə Moldovanın U-19 komandası ilə qarşılaşacaq.
Təlim-məşq toplanışına 22 futbolçu dəvət olunub.
1 | Ramazanov Amin | Lokomotiv (Rusiya) |
2 | Tağızadə Eldar | Clermont Foot (Fransa) |
3 | Həsənov Rəşad | Keşlə |
4 | Hüseynov Cəlal | Zirə |
5 | Ağayev Nihad | Sumqayıt |
6 | Babayev Hüseyn | Neftçi |
7 | Pesotski Nikita | Stroqino (Rusiya) |
8 | Mədətov Ülvü | Qəbələ |
9 | Əhmədov Mirəli | Neftçi |
10 | Əsədov Zöhrab | Qarabağ |
11 | Rüstəmli Rauf | Qəbələ |
12 | Əliyev Xəyal | Sabah |
13 | Oral Yusuf | Beşiktaş (Türkiyə) |
14 | Vardar Berkay | Beşiktaş (Türkiyə) |
15 | Kazımov Kamal | Kasımpaşa (Türkiyə) |
16 | Qənbərov Vüsal | Keşlə |
17 | Ağayev Mahmud | Zirə |
18 | Baxşalı Mehrac | Qəbələ |
19 | Əsədov Gülağa | Qəbələ |
20 | Qarayev Taleh | Qəbələ |
21 | Musazadə Musa | Qarabağ |
22 | Canıyev Mirmövsüm | Qarabağ |