DÇ-2026: Çexiya - CAR oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-5

Futbol
  • 18 iyun, 2026
  • 21:59
DÇ-2026: Çexiya - CAR oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-5

Futbol üzrə dünya çempionatında Çexiya yığması Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən A qrupunun II turunun matçında qalib müəyyənləşməyib - 1:1.

Avropalıların heyətində Mixal Sadilek 6-cı dəqiqədə çexiyalı azarkeşləri ayağa qaldırıb. 83-cü dəqiqədə isə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirərək CAR yığmasına 1 xal qazandırıb.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 05:00-da Meksika millisi Cənubi Koreya ilə üz-üzə gələcək.

Futbol üzrə dünya çempionatının Çexiya - Cənubi Afrika Respublikası (CAR) oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən A qrupunun II turunun matçında afrikalılar hesaba tarazlıq gətiriblər - 1:1.

83-cü dəqiqədə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirib.

Futbol üzrə dünya çempionatının Çexiya - Cənubi Afrika Respublikası (CAR) oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Avropa təmsilçisi hazırda hesabda öndədir - 1:0.

6-cı dəqiqədə Mixal Sadilek fərqlənib.

Futbol üzrə dünya çempionatının Çexiya - Cənubi Afrika Respublikası (CAR) oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Avropa təmsilçisi hazırda hesabda öndədir - 1:0.

6-cı dəqiqədə Mixal Sadilek fərqlənib.

Futbol üzrə dünya çempionatının Çexiya - Cənubi Afrika Respublikası (CAR) oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Avropa təmsilçisi hesabda önə keçib - 1:0

6-cı dəqiqədə Mixal Sadilek fərqlənib.

Futbol üzrə dünya çempionatının Çexiya - Cənubi Afrika Respublikası (CAR) oyunu başlayıb.

"Report"un məlumatına görə, A qrupunun II turunun matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı ABŞ-li FIFA referisi Tori Penso idarə edir.