Məşqə rəqib komandanın formasında gələn futbolçu bazaya buraxılmadı
Futbol
- 06 yanvar, 2021
- 13:23

Belçikanın "Antverpen" klubunun futbolçusu Didye Lamkel Ze kuryoz hadisə ilə diqqət mərkəzinə düşüb.
"Report" COPA90 tvitter səhifəsinə istinadən xəbər verir ki, kamerunlu hücumçu komandasının məşqinə çempionatdakı əsas rəqibləri olan "Anderlext"in formasında gəlib.
Nəticədə bazanın əməkdaşları onu içəri buraxmayıblar. 24 yaşlı forvard qapını açmağa cəhd etsə də, buna nail ola bilməyib.
İddiaya görə, Yunanıstan "Olimpiakos"una transfer olmaq istəyən futbolçu kluba təzyiq etmək və keçidi sürətləndirmək üçün bu addımı atıb.
Qeyd edək ki, Didye Lamkel Ze 2018-ci ildən "Antverpen"də çıxış edir. Onun komandası 19 turdan sonra 31 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 32 xalla "Anderlext" başçılıq edir.
Son xəbərlər
12:48
Nəsimi rayonunda evdə meyit aşkarlanıb
Hadisə12:44
Foto
Bakıda "Koreya səfiri kuboku" keçirilib
Fərdi12:33
Azərbaycan XİN Braziliyanı təbrik edib
Xarici siyasət12:29
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya12:26
Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlanıb
Futbol12:20
Ukrayna prezidenti Rusiyanın gecə hücumuna münasibət bildirib
Digər12:10
Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq, dolu düşəcək - PROQNOZ
Ekologiya12:06
PSJ-nin bir futbolçusu dörd, digəri altı həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol11:54