Məhəmməd Salah Çempionlar Liqasında yeni uğura imza atıb
Futbol
- 17 fevral, 2022
- 05:17

İngiltərənin "Liverpul" komandasının futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.
"Report"un məlumatına görə, 30 yaşlı hücumçu buna İtaliyada "İnter"i 2:0 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin ilk oyununda nail olub.
83-cü dəqiqədə ikinci qola imza atan misirli forvard qitənin bir nömrəli klub turnirində 50-ci görüşündə 33-cü dəfə fərqlənib. Salah bu göstəriciyə görə yalnız iki oyunçudan geri qalır.
Almaniya "Bavariya"sında çıxış edən Robert Levandovski 50-ci matçında 36-cı, hazırda İngiltərə "Mançester Yunayted"ində oynayan Kriştianu Ronaldu isə 51-ci qolunu vurmuşdu.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm "Liverpul"da bütün turnirlərdə 29 oyuna çıxıb, 24 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
15:09
Böyük Qayıdış çərçivəsində məskunlaşan vətəndaşlar 50 % artıq subsidiya alacaqlar
ASK15:07
Prezident: Azərbaycan Çinin qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərini dəstəkləyib
Xarici siyasət15:05
Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını açıqlayıb
ASK15:04
Ərdoğan: Cənubi Qafqazda qalıcı sülhün təmini üçün atılan addımlar məmnunluq doğurur
Xarici siyasət15:01
İlham Əliyev: Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib
Xarici siyasət14:59
Avropa Komissiyası təsdiq etdi: Fon der Lyayenin təyyarəsi hücuma məruz qalıb
Digər ölkələr14:54
"Səbail" Premyer Liqa klubunun futbolçusunu transfer edib
Futbol14:54
Qarabağ Dirçəliş Fondu əmlakını qiymətləndirəcək
Maliyyə14:51