"Mançester Yunayted" öz meydanında azlıqda qalan "Everton"a uduzub

Futbol
  • 25 noyabr, 2025
  • 02:36
Mançester Yunayted öz meydanında azlıqda qalan Evertona uduzub

İngiltərə Premyer Liqasının (APL) 12-ci turunda Liverpulun "Everton" klubu səfərdə "Mançester Yunayted"i məğlub edib.

"Report"un məlumatına görə, qarşılaşma Mançesterdəki "Old Trafford"da baş tutub.

Müdafiəçi İdrissa Geye Maykl Kin ilə toqquşmaya görə qırmızı vərəqə alıb və 13-cü dəqiqədə "Everton" meydanda 10 futbolçu ilə qalıb.

Buna baxmayaraq, 16 dəqiqə sonra Kirnan Dyusberi-Holl komandasına qələbə qazandıran qolu vurub.

Bu oyundan sonra "Mançester Yunayted" 18 xalla İngiltərənin liderlər cədvəlində 10-cu yerdə, eyni xala malik "Everton" isə əlavə meyarlara görə "Qırmızı şeytanlar"dan sonra 11-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti