"Mançester Yunayted" 2016-cı ildən bəri ilk dəfə "Enfild" stadionunda "Liverpul"u məğlub edib
- 19 oktyabr, 2025
- 23:50

"Mançester Yunayted" İngiltərə futbol çempionatının səkkizinci turunda səfərdə "Liverpul"u 2:1 hesabı ilə məğlub edib.
"Report"un məlumatına görə, görüş "Enfild" stadionunda keçirilib.
Qaliblərin heyətində Brayan Mbemo (2-ci dəqiqə) və Harri Maquayr (84) fərqləniblər. Məğlub olan komandanın heyətində isə Kodi Qakpo (78) qol vurub.
"Liverpul" bütün turnirlərdə dalbadal dördüncü məğlubiyyətini alıb. Bundan əvvəl komanda İngiltərə çempionatında "Kristal Palas"a (1:2) və "Çelsi"yə (1:2) uduzub, həmçinin Çempionlar Liqasının ümumi mərhələsində Türkiyənin "Qalatasaray" klubuna məğlub olub (0:1).
"Mançester Yunayted" "Enfild"də "Liverpul"a qarşı 10 oyunluq məğlubiyyətsiz seriyanı dayandırıb. Komanda axırıncı dəfə rəqibini səfərdə 17 yanvar 2016-cı ildə İngiltərə çempionatı matçında (2:1) məğlub edə bilmişdi. Bundan sonra "Liverpul" öz stadionunda beş dəfə "Mançester Yunayted"i məğlub edib, digər beş görüş isə heç-heçə ilə başa çatıb.
"Liverpul" İngiltərə çempionatının turnir cədvəlində 3-cü yerdə, "Mançester Yunayted" isə 9-cu yerdədir. Komandaların müvafiq olaraq 15 və 13 xalı var. Növbəti turda "Liverpul" 25 oktyabrda səfərdə "Brentford" ilə qarşılaşacaq, "Mançester Yunayted" isə həmin gün "Brayton"u qəbul edəcək. Həmçinin gələn həftə "Liverpul" Çempionlar Liqasında səfərdə Almaniyanın "Ayntraxt" komandası ilə qarşılaşacaq, görüş 22 oktyabrda keçiriləcək.