"Mançester Siti" İspaniya klubunun futbolçusu üçün böyük məbləğ təklif etməyə hazırlaşır
Futbol
- 06 dekabr, 2025
- 11:28
İngiltərənin "Mançester Siti" klubu "Real"ın (İspaniya) futbolçusu Rodriqonun transferi üçün böyük məbləğ təklif etməyə hazırlaşır.
"Report" "Transfer News Live"yə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı braziliyalı üçün 70 milyon funt-sterlinq (təxminən 80 milyon avro) məbləğində təklif hazırlayır.
İngiltərə klubunun rəhbərliyi artıq yanvarda, qış fasiləsində sövdələşməni həyata keçirməyi planlaşdırır.
Rodriqo ilə İngiltərənin digər klubları - "Arsenal" və "Liverpul" da maraqlanır.
Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqanın turnir cədvəlində 28 xalla ikincidir.
Son xəbərlər
04:02
Tramp Zelenskinin sülh sazişini nəzərdən keçirməməsindən məyus olub
Digər ölkələr03:46
Abşeronda 41 yaşlı kişi dəm qazından boğularaq ölüb
Hadisə03:30
Masazırda avtomobil yanıb, ölən və yaralılar var
Hadisə03:15
Nigeriyada qaçırılan 100 məktəbli terrorçuların əlindən azad edilib
Digər ölkələr02:36
Meksikada bomba yüklü avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb
Digər ölkələr02:16
Luvrda subasma nəticəsində yüzlərə tarixi kitab zədələnib
Digər ölkələr01:35
Afrika ölkələri Benində qoşun yerləşdirəcək
Digər ölkələr01:12
Benin Prezidenti: Dövlət çevrilişinə cəhdin qarşısı alınıb
Digər ölkələr01:03