Luka Modriç Çempionlar Liqasının final oyunu barədə danışıb
Futbol
- 31 may, 2024
- 17:47
İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Luka Modriç UEFA Çempionlar Liqasının final görüşündə üz-üzə gələcəkləri Almaniya təmsilçisi "Borussiya" (Dortmund) ilə matç barədə fikirlərini bölüşüb.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi hər iki komandanın şanslarının eyni olduğunu bildirib: "Hər kəs bizi oyunun favoriti hesab edir. Düşünürəm ki, bu belə deyil. "Borussiya" cari mövsümü çox yüksək səviyyədə keçirib və onlar bizə finalda çətinlik yarada bilərlər. Şansları 50-nin 50-yə hesab edirəm. Bununla belə, diqqətli oyun sərgiləyib, görüşün qalibi olmaq istəyirik".
Qeyd edək ki, İngiltərənin London şəhərindəki "Uembli" stadionunda keçiriləcək final matçı iyunun 1-də, saat 23:00-da start götürəcək.
Son xəbərlər
08:41
İran XİN ABŞ-yə hücumlarında kömək edən ölkələri hədələyib
Region08:31
DÇ-2026-da penaltilər tarixində ən pis göstəricilər qeydə alınıb
Futbol08:15
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:53
ABŞ İrana yeni zərbələr dalğasının başa çatdığını bildirib - YENİLƏNİB
Digər ölkələr07:33
SEPAH: ABŞ-nin Bəhreyn və Küveytdəki bazalarına zərbələr endirilib
Region07:10
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Daxili siyasət07:04
ABŞ-də DÇ-2026 zamanı 600-dən çox dron tutulub
Digər ölkələr06:40
Foto
Özbəkistanda beynəlxalq forumda Allahşükür Paşazadənin kitabı təqdim olunub
Din06:07