ABŞ-də DÇ-2026 zamanı 600-dən çox dron tutulub

Digər ölkələr
  • 09 iyul, 2026
  • 07:04
ABŞ-də DÇ-2026 zamanı 600-dən çox dron tutulub

Amerika hakimiyyəti 2026-cı ilin futbol üzrə dünya çempionatı başlayandan bəri stadionlar və digər idman obyektlərinin yaxınlığında buraxılan 600-dən çox dronu tutub.

"Report"un məlumatına görə, Ağ Evin 2026-cı ilin dünya çempionatı üzrə İşçi Qrupunun direktoru Endryu Culiani bunu xarici jurnalistlər üçün keçirilən brifinqdə açıqlayıb.

"Daxili Təhlükəsizlik Nazirliyi və FTB turnirin başlanğıcından bəri oyunçuların, rəsmilərin, azarkeşlərin stadionlarda və fan zonalarında təhlükəsizliyini təmin etmək üçün 600-dən çox dron ələ keçirib", - Culiani bildirib. O, əlavə edib ki, bu günə qədər 646 dron müsadirə olunub.

Onun sözlərinə görə, stadionların və azarkeşlərin toplaşdığı ərazilərin ətrafındakı uçuşun qadağan olunduğu zonalarda ümumilikdə 1 487 dron aşkar edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 759 operatoru müəyyənləşdirib, 310 cərimə tətbiq edib və 13 nəfər saxlanılıb.