"Liverpul"un kapitanı 12 ildən sonra klubdan ayrılmağı düşünür
Futbol
- 13 iyul, 2023
- 07:02
İngiltərə "Liverpul"unun futbolçusu Cordan Henderson klubdan ayrılmaq istəyir.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Stiven Cerrardın baş məşqçi olduğu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttifaq"ın təklifini qəbul etmək niyyətindədir.
33 yaşlı oyunçu Mersisayd klubunun baş məşqçisi Yurgen Kloppla danışdıqdan sonra yekun qərarını verəcək. Henderson komandada qalacağı təqdirdə stabil olaraq əsas heyətdə yer almağı planlaşdırır.
Qeyd edək ki, Cordan Henderson 2011-ci ildən "Liverpul"da çıxış edir. O, ötən mövsüm 43 matçda meydanda olub. Təcrübəli yarımmüdafiəçinin klubu ilə 2 illik müqaviləsi var.
Son xəbərlər
06:14
İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq
Region06:01
DÇ-2026: İspaniya Uruqvayı məğlub edərək qrupunu birinci sırada bitirib - YENİLƏNİB-4
Futbol06:01
DÇ-2026: Son 3 oyunda uduzmayan Kabo Verde pley-offa yüksələrək Argentinaya rəqib olub - YENİLƏNİB-3
Futbol05:21
Livan ordusu Beyrutun mərkəzinə nəzarəti bərpa edib
Region04:47
Dünya çempionu Peti bütün medallarını itirib
Futbol04:16
Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
Futbol04:16
Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır
Maraqlı03:54
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Futbol03:41