"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl dördüncü məğlubiyyətini alıb
- 26 oktyabr, 2025
- 02:21
"Liverpul" İngiltərə futbol çempionatının doqquzuncu turunda səfərdə "Brentford"a 2:3 hesabı ilə məğlub oldu.
"Report"un məlumatına görə, qaliblərin tərkibində Danqo Uattara (5-ci dəqiqə), Kevin Şeyd (45) və İqor Tyaqo (60, penalti) qolların müəllifləri olublar. Məğlub komandanın heyətində isə Miloş Kerkez (45+5) və Məhəmməd Salah (89) fərqləniblər.
İngiltərənin hazırkı çempionu olan "Liverpul" üçün bu, turnirdə ardıcıl dördüncü məğlubiyyətdir. Bundan əvvəl komanda səfərdə "Kristal Palas" (1:2) və "Çelsi"yə (1:2) uduzub, həmçinin öz meydanında "Mançester Yunayted"ə (1:2) məğlub olub.
"Liverpul" İngiltərə çempionatının turnir cədvəlində 15 xalla 6-cı yerdə qərarlaşıb, "Brentford" isə 13 xalla 10-cu mövqedə yerləşir. Növbəti turda "Liverpul" noyabrın 1-də "Aston Villa"nı qəbul edəcək, "Brentford" isə həmin gün "Kristal Palas"a qarşı səfərdə oynayacaq.