Malayziyada Kamboca və Tailand arasında sülh müqaviləsi imzalanacaq
- 26 oktyabr, 2025
- 05:18
ABŞ Prezidenti Donald Tramp Malayziyaya çatdığı anda Kamboca və Tailand arasında sülh sazişini imzalayacağını bəyan edib.
"Report"un məlumatına görə, bu barədə Amerika liderinin "Truth Social" sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
"Mən Malayziyaya yollanıram və orada Kamboca və Tailandın vasitəçiliyi ilə qürurla əldə etdiyim böyük sülh sazişini imzalayacağam", - deyə Tramp yazıb.
Tramp həmçinin cümə günü vəfat etmiş Tailand Kraliçası Sirikitin ölümü ilə bağlı başsağlığı verib: "Böyük Tailand xalqına başsağlığı verirəm".
O həmçinin Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüşmək niyyətində olduğunu bildirib. Daha əvvəl Tailandın Baş naziri Anutxin Çanvirakunun mərasimdə iştirak etməyəcəyi bildirilmişdi.
Xatırladaq ki, cari ilin 24 iyulunda Tailand və Kamboca sərhədində silahlı toqquşmalar baş verib. Dörd gün sonra - 28 iyulda Malayziya Baş naziri Tailand və Kambocanın atəşkəsə razılıq verdiyini açıqlayıb. Bu addım Kuala-Lumpurda keçirilən və ABŞ ilə Çin nümayəndələrinin də iştirak etdiyi danışıqlardan sonra atılıb.
7 avqustda Malayziyada keçirilən görüşdə Tailand və Kamboca nümayəndələri 28 iyulda qüvvəyə minmiş atəşkəs sazişinin həyata keçirilməsi üzrə 13 maddəni razılaşdırıblar.