Leon Qoretska karyerasını MLS-də davam etdirə bilər

Futbol
  • 13 iyun, 2026
  • 15:01
Leon Qoretska karyerasını MLS-də davam etdirə bilər

Almaniya millisinin futbolçusu Leon Qoretska karyerasını ABŞ-da davam etdirə bilər.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, MLS təmsilçisi "Çikaqo Fayr" 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

İtaliya, İngiltərə və Türkiyə klubları da təcrübəli oyunçu ilə maraqlanır.

Almaniyanın "Bavariya" komandasına məxsus olan futbolçunun müqaviləsinin müddəti cari ayın sonunda başa çatacaq.

Xatırladaq ki, Leon Qoretska 2018-ci ildən "Bavariya"da çıxış edir.