Kriştianu Ronaldu daha bir rekorda imza atıb
Futbol
- 24 noyabr, 2021
- 10:31

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
"Report"un məlumatına görə, 36 yaşlı hücumçu buna İspaniyada "Vilyarreal"a 2:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin V tur oyununda müvəffəq olub.
78-ci dəqiqədə hesabı açan təcrübəli forvard əsas klub yarışlarından birində son 15 dəqiqədə üçüncü dəfə qələbə qolunu vurub. Bu, əlavə vaxtda bitən oyunlar istisna olmaqla, qitənin bir nömrəli klub turnirində rekorddur.
Qeyd edək ki, "Mançester Yunayted" 5 oyundan sonra F qrupunda 10 xalla liderdir. "Qırmızı şeytanlar" sona bir tur qalmış pley-offa vəsiqəni təmin edib.
Son xəbərlər
07:44
Rusiyada 43 nəfər kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Region07:17
Şahzadə Endryuya kral tədbirlərində iştirak qadağan edilib
Digər ölkələr06:55
Nikola Sarkozi cəzasını təcridxanada çəkəcək
Digər ölkələr06:22
ABŞ-nin Sahil Mühafizəsi iki ədəd şəxsi "Gulfstream" təyyarəsi alacaq
Digər05:49
Video
Kolumbiya ABŞ Ordusunun balıqçı qayığını məhv etməsindən sonra tədbir görəcək
Digər ölkələr05:28
Ferstappen "Formula-1" üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Formula 105:12
ABŞ: HƏMAS Qəzzada atəşkəsi poza bilər
Digər ölkələr04:39
Türkiyədə silahlı insident olub, ölən və xəsarət alanlar var
Region04:07