Kipr yığmasının daha bir futbolçusu millimizlə matçı buraxa bilər
Futbol
- 02 sentyabr, 2020
- 07:51
UEFA Millətlər Liqasının II turunda Azərbaycanla qarşılaşacaq Kipr yığması daha bir problemlə üzləşib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan "Astana"sında çıxış edən Pieros Sotiryu zədələnib. Bu səbəbdən, 27 yaşlı hücumçu hazırlıq prosesinin bir hissəsini qaçırıb. Onun zədəsinin ciddilik dərəcəsinə tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, daha əvvəl Aleksander Qogiç və Giorqos Efremin qarşıdakı matçları buraxacağı dəqiqləşib. Qogiç 10 günlük karantinə alınıb, Efrem isə zədələnib.
Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 5-də isə Kipr eyni arenada Monteneqronu qəbul edəcək.
Son xəbərlər
23:03
Tayani: İtaliya PURL proqramında iştirak etməyəcək
Digər ölkələr22:46
Hakan Fidan Brüsseldə Rüstəm Umerovla görüşüb
Region22:44
Video
Bakıda restoranda yanğın olub
Hadisə22:35
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb
Hadisə22:33
FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb
Futbol22:33
Sikorski: Alyans Rusiya-NATO Şurasını ləğv edəcək
Digər ölkələr22:20
Şri-Lankada "Ditva" siklonu nəticəsində ölənlərin sayı 479-a çatıb
Digər ölkələr22:06
Rütte: NATO Ukraynadakı münaqişənin həllində iştirak edir, amma çıxış yolunu yalnız Tramp tapa bilər
Digər ölkələr22:02