"Keşlə" ötən mövsümün sonunda göndərdiyi futbolçunu geri qaytarıb
Futbol
- 22 sentyabr, 2021
- 10:37

"Keşlə" klubu sabiq futbolçusu Sadio Tounkaranı geri qaytarıb.
Bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov məlumat verib.
Onun sözlərinə görə, komandaya azad agent kimi cəlb olunan malili yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. 29 yaşlı vinger bu gün "Keşlə-2"nin heyətində "Sabah-2"yə qarşı I Divizionun II tur matçında meydana çıxacaq.
Qeyd edək ki, "Keşlə" ötən mövsümün sonunda Sadio Tounkara ilə yollarını ayırmışdı. Afrikalı futbolçu Azərbaycanda daha əvvəl "Xəzər Lənkəran", "Turan Tovuz" və "Zirə" komandalarının da formasını geyinib.
Son xəbərlər
00:48
BMT ABŞ ilə Fələstin nümayəndə heyəti üçün viza məsələsini müzakirə edib
Digər ölkələr00:34
BMT: İsrailin Qəzzadakı əməliyyatları nəticəsində azı 21 min uşaq əlil olub
Digər ölkələr00:24
Foto
Cəlilabadda evdə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə00:13
Niderlandda yeniyetmə silsilə partlayışlarla əlaqədar saxlanılıb
Digər ölkələr00:04
Portuqaliyada funikulyor qəzası nəticəsində 15 nəfər ölüb
Digər ölkələr23:58
Ucarda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə23:49
KİV: ABŞ Argentina ilə vizasız gediş-gəlişi dayandırıb
Digər ölkələr23:25
Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olub
Elm və təhsil23:09
Foto