Mourinyonun keçmiş köməkçisi Premyer Liqa klubunun baş məşqçisi oldu
Futbol
- 29 dekabr, 2020
- 05:01
Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən "Şeffild Yunayted"in yeni baş məşqçisi bəlli olub.
"Report" "Talksport"a istinadən xəbər verir ki, komandaya Joze Moraiş rəhbərlik edəcək. 55 yaşlı mütəxəssislə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
O, bu postda istefaya göndərilən Toni Pulisi əvəzləyəcək.
Qeyd edək ki, "Şeffild Yunayted" bu mövsüm 19 xal toplaya bilib və turnir cədvəlində sonuncu - 20-ci yerdə qərarlaşıb. Joze Moraiş son olaraq Cənubi Koreyada "Çonbuk"un baş məşqçisi olub.
O, 2009/2010 mövsümündə İtaliyanın "İnter" klubunda baş məşqçi Joze Mourinyonun köməkçisi vəzifəsini yerinə yetirib. Mourinyo hazırda "Tottenhem"in sükanı arxasındadır.
Son xəbərlər
08:23
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:20
Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb
Region07:55
ABŞ Senatına Venesuelaya güc tətbiq olunmaması tələbi ilə qətnamə təqdim edilib
Digər ölkələr07:28
KİV: Yaponiya-Çin-Cənubi Koreya sammiti Tokio və Pekin arasındakı münaqişəyə görə təxirə salınacaq
Digər ölkələr06:50
ABŞ-də həkim gizli şəkildə xəstələri izlədiyinə görə həbs edilib
Digər ölkələr06:25
Foto
ABŞ-də kütləvi atışma planlaşdıran immiqrant tələbə saxlanılıb
Digər ölkələr05:59
Maduro: Trampla telefon danışığı hörmətli və səmimi tonda keçib
Digər ölkələr05:29
Astronomlar kainatdakı fırlanan ən böyük quruluşu kəşf ediblər
Maraqlı04:59