Joze Mourinyo Nigeriya millisinin baş məşqçisi ola bilər
Futbol
- 25 dekabr, 2021
- 05:01
İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo Nigeriya millisinin sükanı arxasına keçə bilər.
"Report" "Thisnigeria" nəşrinə istinadən xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının prezidenti Amadju Pinnik açıqlama verib.
Funksioner 58 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını söyləyib: "Aramızda dialoq olub. İdman naziri də Mourinyo ilə danışıb. Bunda qəbahət yoxdur".
Qeyd edək ki, Joze Mourinyo "Roma"ya mayın 4-dən rəhbərlik edir. Onun "canavarlar"la müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub. Komanda cari mövsüm 27 oyunda 16 qələbə, 8 məğlubiyyət və 3 heç-heçə əldə edib.
Son xəbərlər
22:50
"Yuventus" Premyer Liqa klubunun qapıçısını transfer etmək istəyir
Futbol22:43
ABŞ-də Milli Qvardiyanın hərbçiləri Los-Anceles, Çikaqo və Portlendi tərk edib
Digər ölkələr22:29
Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyacı var
Digər ölkələr22:11
ABŞ-nin energetika naziri Venesuelaya səfər edib
Digər ölkələr21:52
Foto
"Kəpəz"in rəsmiləri, baş məşqçisi və kapitanı Veysəl Rzayevin səhhəti ilə maraqlanıblar
Futbol21:50
Azərbaycan və Sloveniya qarşılıqlı ticarət həcminin artımını qeyd ediblər
Xarici siyasət21:38
Çinli idmançı XXV Qış Olimpiya Oyunları zamanı xəstəxanaya çatdırılıb
Fərdi21:35
Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan imtina edib
Hadisə21:26
Foto