AVRO-2020: İsveç millisinin futbolçusundan koronavirus çıxdı
Futbol
- 08 iyun, 2021
- 14:38
İsveç millisinin futbolçusu Deyan Kuluşevskinin koronavirus testi müsbət nəticə verib.
"Report"un "Sportbladet" nəşrinə istinadən məlumatına görə, bu barədə komandanın həkimi bildirib. O, 21 yaşlı yarımmüdafiəçinin təcrid olunduğunu diqqətə çatdırıb.
İtaliya "Yuventus"undan dəvət almış oyunçu Avropa çempionatında yığmanın ən azı bir matçını buraxmalı olacaq. İlk turda İsveç İspaniya ilə üz-üzə gələcək.
E qrupunun qarşılaşması iyunun 14-də olacaq.
Son xəbərlər
03:04
DÇ-2026: Fransa Paraqvayı məğlub edərək növbəti 1/4 finalçı olub - YENİLƏNİB-4
Futbol03:00
Azərbaycanlı deputatlar ATƏT PA-nın illik sessiyasına qatılıblar
Xarici siyasət02:30
Putin və Trampın söhbətinin təfərrüatları açıqlanıb
Region01:58
Filadelfiyada ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə zaman kapsulu basdırılıb
Mədəniyyət siyasəti01:31
Televiziya rəhbərləri: "Baku TV" reytinqlərdə birinci yerdədir
Media01:10
Zelenski ilə Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər
Digər ölkələr00:39
Cesse Marş: "Uzun müddətdir məğlub olmayan güclü Mərakeşə qarşı sonadək müqavimət göstərdik"
Futbol00:37
Balakişi Qasımov: Ənənəvi televiziya özünün son 10 ilini yaşayır
Media00:23