İspaniya və Argentina milliləri arasındakı "Finalissima" Qətərdə keçirilə bilər
Futbol
- 13 oktyabr, 2025
- 13:07
İspaniya və Argentina milliləri arasındakı "Finalissima" matçı martın 28-də Qətərdə keçirilə bilər.
"Report" "Marca"ya istinadən xəbər verir ki, FİFA bu qarşılaşmanı "Lusail Iconic" stadionunda təşkil etmək istəyir.
Digər variantlar kimi Mayami və Ər-Riyaddakı stadionlar nəzərdə tutulub. "Finalissima" matçının məkanı ilə bağlı yekun qərarın yaxın zamanda verilməsi gözlənilir.
AÇ-2024-də İspaniya millisi finalda İngiltərəni məğlub edib - 2:1. Argentina isə 2024-cü ildə təşkil olunan Amerika Kubokunun finalında Kolumbiya üzərində qələbə qazanıb - 1:0.
Qeyd edək ki, ilk "Finalissima" 2022-ci ilin iyununda Argentina və İtaliya milliləri arasında keçirilib. Bu qarşılaşmada Cənubi Amerika təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Son xəbərlər
00:52
Foto
DÇ-2026: İspaniya Avstriya ilə oyunda daha bir qol vurub - YENİLƏNİR-5
Futbol00:40
Albaniya Aİ-nin enerji qanunvericiliyi tələblərini tamamlayıb
Digər ölkələr00:22
Hakan Fidan: Qafqazdakı sülh prosesində Rusiyanın mövqeyi Türkiyə üçün önəmlidir
Region23:59
İrəvanın keçmiş meri Qaqik Beqlaryanın həbs müddəti iki ay uzadılıb
Region23:36
UEFA turnirlərində mübahisə zamanı ağzını örtən futbolçular meydandan qovulmayacaq
Futbol23:35
Dəməşqdəki partlayışda ölənlərin sayı doqquz nəfərə çatıb - YENİLƏNİB-2
Digər ölkələr23:24
ABŞ İrana Hörmüz boğazında ödəniş tətbiqindən vaz keçməyi təklif edib
Digər ölkələr23:05
Azərbaycanın basketbol millisi səfərdə Lüksemburqu məğlub edib
Komanda22:54