İngiltərə klubunun futbolçusu azarkeşə qarşı qeyri-etik hərəkətinə görə 4 oyunluq cəzalanıb
Futbol
- 06 dekabr, 2025
- 15:22
İngiltərənin "Börnli" klubunun yarımmüdafiəçisi Hannibal Mejbri rəqib azarkeşə qarşı qeyri-etik hərəkətinə görə 4 oyunluq diskvalifikasiya edilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu Premyer Liqanın VIII turunda "Lids"lə oyunda reallaşıb.
"Börnli"nin 2:0 hesablı qələbə qazandığı matçdan sonra qonaq azarkeşlərdən biri futbolçunun ona tüpürdüyünü bildirib. İngiltərə Futbol Assosiasiyası araşdırmalara başladıqdan sonra 22 yaşlı tunisli oyunçu günahını etiraf edib.
O, 4 oyunluq cəza ilə yanaşı, 15 min funt-sterlinq cərimələnib.
Qeyd edək ki, H.Mejbri 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 14 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb. "Börnli" Premyer Liqanın turnir cədvəlində 10 xalla 19-cu yerdə qərarlaşıb.
Son xəbərlər
02:11
Türkiyədə fabrik işçiləri arasında kütləvi zəhərlənmə olub
Region01:42
Video
"Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət01:13
Kanadanın şimal-qərbində güclü zəlzələ baş verib
Digər ölkələr01:05
"Axios": ABŞ həm Rusiyanı, həm də Ukraynanı məcbur edir ki, güzəştə getsin
Digər ölkələr00:46
Ronaldu Trampa zəng edib
Digər ölkələr00:38
Merts: İsrail İordan çayının Qərb sahilinin ilhaqından imtina etməlidir
Digər ölkələr00:31
Makron Rusiyanın son hücumlarından sonra Ukraynaya dəstəyini ifadə edib
Digər ölkələr00:16
İranın XİN başçısı danışıqlar barədə: Top ABŞ-dədir
Region00:10