İngiltərə klubunun futbolçusu 9 oyunluq diskvalifikasiya edilib
Futbol
- 08 noyabr, 2025
- 17:31
İngiltərənin səviyyəcə ikinci liqası sayılan Çempionşip təmsilçisi "Preston"un futbolçusu Milutin Osmaiç 9 oyunluq diskvalifikasiya edilib.
"Report" İngiltərə Futbol Assosasiyasına istinadən xəbər verir ki, monteneqrolu hücumçunun cəzalanmasına səbəb həmkarını irqi zəmində təhqir etməsi olub.
Hücumçu bu ilin fevralında keçirilən çempionat matçında Tunis millisinin və "Börnli"nin yarımmüdafiəçisi Hannibal Meybriyə qarşı irqçi ifadələr işlədib.
Bu, futbolçunun ilk qalmaqallı hərəkəti deyil. O, 2024-cü ildə rəqibinin boynundan dişlədiyinə görə də 8 oyunluq diskvalifikasiya edilmişdi.
Qeyd edək ki, M.Osmaiç 2023-cü ildən "Preston"da çıxış edir. Komanda Çempionşipin turnir cədvəlində 4-cü yeri tutur.
Son xəbərlər
23:08
Tramp İranın yeni təklifini rədd edib
Digər ölkələr23:03
Lənkəranda çayxanada düşən mübahisə qanla bitib
Hadisə22:49
Keniyada daşqınlar və torpaq sürüşmələri 18 nəfər ölümünə səbəb olub
Digər ölkələr22:34
Lerikdə ildırım vuran gənc ölüb
Hadisə22:24
Almaniya Müdafiə Nazirliyində 111 milyard avroluq müəmma
Digər ölkələr22:03
Livan Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 2 679 nəfər həlak olub
Digər ölkələr21:45
Skott Bessent: İran neft quyularını bağlamalı olacaq
Energetika21:38
Malatyada avtobus aşıb, ölənlər və yaralılar var
Hadisə21:29