Lənkəranda çayxanada düşən mübahisə qanla bitib
Hadisə
- 03 may, 2026
- 23:03
Lənkəranda 36 yaşlı kişi bıçaqlanıb.
"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Girdəni kəndindəki çayxanada baş verib.
Belə ki, şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov həmkəndlisi 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
S.Bayramova döş qəfəsi və budun açıq yarası diaqnozu təyin olunub və əməliyyata götürülüb.
Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:18
ABŞ İranla danışıqları davam etdirir
Digər ölkələr01:52
Meksikada hakim partiyanın lideri dəyişib
Digər ölkələr01:21
Mərakeş Amerika hərbçilərinin itməsini terrorla əlaqəli olmadığını bildirib
Digər ölkələr00:49
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
Digər ölkələr00:35
İrəvana gedən İspaniya Baş nazirinin təyyarəsi Ankaraya məcburi eniş edib
Region00:10
"Formula 1": Antonelli ardıcıl üçüncü dəfə qalib gəlib
İdman23:47
İsveç Rusiyanı izləmək üçün ilk hərbi peykini orbitə buraxıb
Digər ölkələr23:24
İran Hörmüzlə bağlı addımları qonşu ölkələrlə əlaqələndirmək niyyətindədir
Region23:08