İngiltərə klubu üç ay əvvəl müqavilə imzaladığı baş məşqçini istefaya göndərib

Futbol
  • 15 sentyabr, 2025
  • 15:56
İngiltərə klubu üç ay əvvəl müqavilə imzaladığı baş məşqçini istefaya göndərib

İngiltərənin "Şeffild Yunayted" klubu üç ay əvvəl müqavilə imzaladığı baş məşqçi, vaxtilə "Neftçi" və "Qarabağ"da köməkçi kimi çalışmış Ruben Sellesi istefaya göndərib.

"Report" xəbər verir ki, bu barədə Çempionşip klubunun mətbuat xidməti məlumat yayıb. 

42 yaşlı ispaniyalı mütəxəssislə iyunda 3 illik müqavilə imzalanmışdı.

Qeyd edək ki, "Şeffild Yunayted" bu mövsüm Çempionşipdə keçirdiyi 5 turda xal qazana bilməyib. Komanda 1 qol vurub, 12 top buraxıb və turnir cədvəlində 24 klub arasında sonuncu yerdə qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti