İngiltərə çempionatının oyunları sükutla başlayacaq
Futbol
- 09 aprel, 2021
- 13:55

Futbol üzrə İngiltərə Premyer Liqasının XXXI turunun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, futbolçular Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı, Şahzadə Filipin vəfatı ilə əlaqədar meydana qara sarğı ilə çıxacaqlar.
Premyer Liqanın XXXI turu bu gün oynanılacaq "Fulhem" - "Vulverhempton" görüşü ilə başlayacaq.
Qeyd edək ki, Filip bu gün səhər saatlarında 99 yaşında dünyasını dəyişib.
Son xəbərlər
17:20
Hesablama Palatası: Ötən il dövlət əsaslı vəsait qoyuluşu hesabına əsasən yeni layihələr maliyyələşdirilib
Maliyyə17:19
Azərbaycan millisinin baş məşqçisi: "Güləşçimiz Dünya Seriyasının yarımfinalında hakimlərin müəmmalı qərarı nəticəsində uduzdu"
Fərdi17:17
Azərbaycan səfiri İran XİN-in Avrasiya İdarəsinin baş direktoru ikitərəfli əlaqələri müzakirə edib
Xarici siyasət17:15
Li Yuntsyuan: Azərbaycan Orta Dəhlizin inkişafında xüsusi rol oynayır
Xarici siyasət17:14
Gürcüstan DTX: Rusiya qüvvələri Qoridə Gürcüstan vətəndaşını qanunsuz saxlayıb
Region17:13
Dohanın mərkəzində bir neçə partlayış baş verib
Digər ölkələr17:09
Makron Fransua Bayrunun istefasını qəbul edib
Digər ölkələr17:08
Apellyasiya məhkəməsi "Abzas Media" işi üzrə təqsirləndirilən şəxslər barədə qərar verib
Hadisə17:02