Halk "Atletiko Mineyro" klubundan ayrılıb
Futbol
- 02 may, 2026
- 11:37
Braziliya millisinin sabiq futbolçusu Halk (Givanildo Souza) "Atletiko Mineyro" klubundan ayrılıb.
"Report" xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
39 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli oyunçunun sözləşməsinin müddəti cari ilin sonunda başa çatmalı idi.
Xatırladaq ki, Halk 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edir. O, bu müddət ərzində bütün yarışlarda 309 oyuna 140 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyada "Portu", Rusiyada "Zenit" kimi komandaların da formasını geyinmiş futbolçu Yaponiya və Çində də legioner həyatı yaşayıb.
Son xəbərlər
20:28
Premyer Liqa: "Zirə" "Qəbələ"ni məğlub edib
Futbol20:20
Yunanıstan serbiyalı turistlərin Avropa İttifaqına girişini asanlaşdıra bilər
Digər ölkələr20:12
Samir Məmmədli bodibildinq üzrə Avropa çempionatının mütləq qalibi olub
Fərdi19:50
Foto
Belqraddan Bakıya birbaşa uçuş baş tutub - YENİLƏNİB
Turizm19:40
Foto
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
Komanda19:39
Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib
Hadisə19:34
Fransada hərbi poliqonda keçirilən əyləncədə 30-dan çox insan xəsarət alıb
Digər ölkələr19:14
Foto
"Bakı Marafonu 2026"nın start və finişində konsert olub
Daxili siyasət19:01