Françesko Totti koronavirusa yoluxdu
Futbol
- 02 noyabr, 2020
- 14:26
İtaliya millisinin və "Roma" klubunun sabiq futbolçusu Françesko Tottidə koronavirus aşkarlanıb.
"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu halsızlıq və qızdırma hiss etdikdən sonra testdən keçib.
Totti hazırda özünü yaxşı hiss edir. Onunla yanaşı, həyat yoldaşı İlari Blazinin də testi müsbət nəticə verib, lakin onda xəstəliyin əlamətləri yoxdur.
Bir neçə həftə əvvəl Françesko Tottinin atası Entso Totti koronavirusun yaratdığı fəsadlardan sonra dünyasını dəyişib.
Qeyd edək ki, Françesko Totti peşəkar karyerası ərzində 1992 - 2017-ci illərdə "Roma"nın formasını geyinib. O, İtaliya yığması ilə 2006-cı ildə dünya çempionatının qalibi olub.
Son xəbərlər
22:24
Qaya Məmmədov: Əbülfəzl Zohrevandın Azərbaycana qarşı böhtan və təhdidli bəyanatını rədd edirik
Region22:14
"Zirə" futbolçusu Anatoli Nuriyevlə yolları ayırıb
Futbol22:08
Dağıstanda magistral qaz kəmərində güclü yanğın baş verib
Region21:52
EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu azaldıb
Energetika21:44
EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu artırıb
Energetika21:42
"Bloomberg": Hindistan "Starlink" üçün icazələrin verilməsini dayandırıb
Digər ölkələr21:30
"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub
Futbol21:20
Aİ Kosmin George Dineskunu Ermənistandakı yeni missiyasının rəhbəri təyin edib
Region21:06