Basant Sadasivan: Qarabağda bərpa templəri nəzərəçarpan irəliləyiş nümayiş etdirir

Qarabağ
  • 26 mart, 2026
  • 13:35
Basant Sadasivan: Qarabağda bərpa templəri nəzərəçarpan irəliləyiş nümayiş etdirir

Qarabağda qısa müddət ərzində bərpa templəri və infrastruktur inkişafının səviyyəsi nəzərəçarpan irəliləyişin olduğunu nümayiş etdirir.

"Report"un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu "NomadMania" klubunun təsisçisi və rəhbəri Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahlarla birgə Azərbaycanın azad edilmiş ərazilərinə səfər edən sinqapurlu səyyah Basant Sadasivan bildirib.

"Bu, mənim Qarabağa ikinci, Azərbaycana isə artıq beşinci və ya altıncı səfərimdir. Yenidən burada olmaqdan çox şadam. Ağdamda ikinci dəfə oluram, son 11 ay ərzində şəhər xeyli dəyişib. Başqa ölkələrdə bir evin tikintisinə onilliklər sərf olunur, lakin burada bir ildən az müddət ərzində çox sayda yeni binalar, bütöv yaşayış məhəllələri inşa edilib", - o qeyd edib.

Səyyahın sözlərinə görə, genişmiqyaslı dəyişikliklər şəhərə girişdə də nəzərə çarpır.

"Ağdama gedən yolda biz çoxlu yeni hündürmərtəbəli binalar gördük, o cümlədən məscid ərazisində də. Bu, dövlət tərəfindən regionun bərpasına və yaşamaq üçün təhlükəsiz və rahat şəraitin yaradılmasına investisiyaların yüksək səviyyədə yatırılmasından xəbər verir", - o vurğulayıb.

Sadasivan regionun gələcək inkişafına əminliyini ifadə edib:

"Qarabağ hazırda fəal inkişaf mərhələsindədir. İnfrastrukturun inkişafı, sakinlərin qayıtması və gələcək modernləşdirmə ilə bu region dünyada yaşamaq üçün ən yaxşı yerlərdən birinə çevrilə bilər. Burada gözəl təbiət, əzəmətli dağlar, əlverişli iqlim və çox mehriban insanlar var".

Basant Sadasivan əlavə edib ki, məmnuniyyətlə Qarabağa yenidən səfər edərdi.