FIFA drona görə federasiyanı cəzalandırıb
Futbol
- 06 noyabr, 2021
- 07:11
FIFA Moldova Futbol Federasiyasını 30 000 avro məbləğində cərimələyib.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Kişineuda Moldova və Avstriya yığmaları arasında keçirilmiş 2022-ci il dünya çempionatının seçmə oyununda təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
Hadisə matçın start fitindən öncə baş verib. Dövlət himnləri səslənərkən meydançanın üzərində pilotsuz uçuş aparatı görünüb. Nəticədə oyun yarım saat gec başlayıb.
Daha sonra dronun azyaşlı sosial şəbəkə istifadəçisinə məxsus olduğu üzə çıxıb. Uşağın valideynləri insidentə görə cərimələniblər.
Qeyd edək ki, sentyabrın 11-də oynanılmış qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
23:36
UEFA turnirlərində mübahisə zamanı ağzını örtən futbolçular meydandan qovulmayacaq
Futbol23:35
Dəməşqdəki partlayışda ölənlərin sayı doqquz nəfərə çatıb - YENİLƏNİB-2
Digər ölkələr23:24
ABŞ İrana Hörmüz boğazında ödəniş tətbiqindən vaz keçməyi təklif edib
Digər ölkələr23:05
Azərbaycanın basketbol millisi səfərdə Lüksemburqu məğlub edib
Komanda23:00
Foto
DÇ-2026: İspaniya - Avstriya oyunu başlayıb
Futbol22:54
Livanın cənubunda İsrail hərbçiləri minaya düşüb
Digər ölkələr22:44
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB-7
Digər ölkələr22:35
Somalili piratlar "Eureka" tankerinin azad edilməsi üçün 10 milyon dollar tələb edirlər
Digər ölkələr22:20