Fernando Torres "Atletiko"da baş məşqçi oldu
Futbol
- 17 yanvar, 2021
- 10:39
İspaniya millisinin və "Atletiko"nun sabiq futbolçusu Fernando Torres Madrid klubuna qayıdıb.
"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu paytaxt təmsilçisinin B komandasının baş məşqçisi təyin olunub.
Keçmiş forvard UEFA-nın PRO lisenziyasını almaq üçün 6 aylıq məcburi təcrübə müddəti keçir. 37 yaşlı mütəxəssis bunadək "Atletiko"nun akademiyasında məşqçi kimi çalışırdı.
Qeyd edək ki, Fernando Torres futbolçu karyerasını 2019-cu ildə başa vurub. O, "Atletiko"dan başqa İtaliyada "Milan", İngiltərədə "Çelsi" və "Liverpul" komandalarının formasını geyinib.
Son xəbərlər
22:06
Londonda hücumdan sonra Britaniyada terror təhlükəsi səviyyəsi artırılıb
Digər ölkələr21:54
Premyer Liqa: "Neftçi" "Qarabağ"ı məğlub edib, "Sabah" çempionluğunu rəsmiləşdirib
Futbol21:38
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
Region21:25
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr21:15
Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər
Digər ölkələr21:05
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
Fərdi20:55
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB
Digər ölkələr20:47
Bolqarıstan Ukrayna ilə təhlükəsizlik sazişini ləğv edə bilər
Digər ölkələr20:36