Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 30 aprel, 2026
  • 20:55
Nepalda Jeepin uçurumdan düşməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB

Nepalın Rolpa rayonundakı Calcalada "Jeep"in uçurumdan düşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "The Kathmandu Post" məlumat yayıb.

Bildirilib ki, Şərqi Rukumdan zəvvarları daşıyan avtomobil Thabanq kənd bələdiyyəsinin 1-ci məhəlləsindəki dağ silsiləsində uçurumdan aşıb.

Rolpa rayon polis idarəsinin mətbuat katibi, müfəttişi xilasetmə əməliyyatının davam etdiyini bildirib. Onun sözlərinə görə, qəzaya səbəb yağış üzündən yolun sürüşkən olması ola bilər.

Nepalda içərisində hindu zəvvarların olduğu "Jeep"in uçuruma düşməsi nəticəsində 17 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Nepal News" məlumat yayıb.

Qeyd olunur ki, avtomobil yoldan çıxıb və təxminən 800 metr hündürlükdən aşağı düşüb.

Rolpa dairə polis idarəsindən (Lumbini-Pradeş əyaləti) bildirilib ki, zəvvarlar dini ayinləri icra etmək üçün Calcalaya gedirdilər.