"Fənərbağça"nın prezidenti sərbəst buraxılıb
Futbol
- 20 dekabr, 2025
- 19:33
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində "narkotik maddə əldə etmək" və "narkotik maddənin istifadəsinə şərait yaratmaq" ittihamları ilə ifadə verməyə çağırılan "Fənərbağça" klubunun prezidenti, iş adamı Sadettin Saran sərbəst buraxılıb.
"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.
Saran İstanbul Baş Prokurorluğunda təxminən 2 saat ifadə verib. Qan və saç nümunəsi götürülməsi üçün Tibb İnstitutuna göndərilən iş adamı prosedurların ardından yenidən məhkəməyə gətirilib. O, xaricə çıxış qadağası və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Saran sərbəst buraxıldıqdan sonra "Eyüpspor" – "Fənərbağça" oyununun ikinci hissəsində stadiona daxil olaraq komandasını dəstəkləyib.
Son xəbərlər
14:46
BDU-nun rektoru: "Aqrar sığorta sahəsində gənc kadrların hazırlanması strateji əhəmiyyət kəsb edir"
ASK14:46
AQP aprel ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb
Biznes14:40
Paşinyan: Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik
Region14:39
Çinin iki sabiq müdafiə naziri ölüm cəzasına məhkum edilib
Digər ölkələr14:36
Florentino Peres "Yuventus"un ulduzu Kənan Yıldızı "Real"da görmək istəyir
Futbol14:35
Foto
MMU-dakı tədris prosesi barədə Özbəkistan nümayəndə heyətinə məlumat verilib
Hərbi14:35
Foto
BP-nin dəstəyi ilə 3 yeni kitab nəşr edilib
Ədəbiyyat14:33
Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Energetika14:28