Erlinq Holann UEFA Çempionlar Liqasında daha bir rekorda imza atıb

Futbol
  • 06 noyabr, 2025
  • 14:09
Erlinq Holann UEFA Çempionlar Liqasında daha bir rekorda imza atıb
Erlinq Holann

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

"Report" xəbər verir ki, norveçli hücumçu buna Almaniyanın "Borussiya" (Dortmund) komandasına qalib gəldikləri (4:1) matçda fərqlənməklə nail olub.

Forvard qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində üç fərqli klubda ardıcıl 5 matçda fərqlənən ilk oyunçudur.

O, 2019/2020 mövsümündə Avstriyanın "Zaltsburq", 2020/2021 mövsümündə Dortmund "Borussiya"sının heyətində də bunu bacarıb.

Futbolçu Portuqaliya millisinin üzvü Kriştianu Ronaldunun da rekordunu təkrarlayıb. Hücumçu UEFA Çempionlar Liqasında üç mövsümdə (daha əvvəl 2019/2020, 2020/2021 mövsümləri) ilk dörd turda fərqlənən ikinci oyunçudur. Ronaldu 2013/2014, 2017/2018 və 2021/2022 mövsümlərində bunu reallaşdırıb.

Qeyd edək ki, Erlinq Holann 2024-cü ildə də qitənin bir nömrəli klub turnirində rekord müəyyənləşdirib.

Son xəbərlər

Bütün Xəbər Lenti