Emin Mahmudov zədəsini sağaldıb
Futbol
- 02 yanvar, 2025
- 13:12
Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Emin Mahmudov zədəsini sağaldıb.
Bu barədə "Report"a 32 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
O, "Neftçi" ilə birlikdə məşqlərə başlayacağını deyib:
"Bildiyiniz kimi, sabahdan komanda təlim-məşq toplanışına başlayır. Zədəm sağalıb, hazıram. Kollektivə tam qoşulmaq üçün bir-iki gün lazım olacaq".
Qeyd edək ki, E.Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqası matçından əvvəl zədələnmişdi. "Neftçi" Misli Premyer Liqasının XIX turunda "Sabah"la üz-üzə gələcək. Görüş yanvarın 19-da, "Neftçi Arena"da, saat 18:30-da start götürəcək. Paytaxt təmsilçisi hazırda turnir cədvəlində 17 xalla səkkizinci pillədə qərarlaşıb.
Son xəbərlər
06:42
"Bloomberg": Almaniyanın ÜDM-i 2027-ci ildə 1,1% arta bilər
Digər ölkələr06:06
ABŞ-də ilk dəfə burbon virusuna yoluxma aşkar edilib
Digər ölkələr05:35
ABŞ-də atışma zamanı üç nəfər həlak olub
Digər ölkələr05:05
Macarıstanda "Pakş" AES-in fəaliyyəti dayandırılacaq
Digər ölkələr04:32
"Sopranolar klanı" serialının aktyoru Vinsent Pastore vəfat edib
Digər ölkələr03:56
Türkiyədə kişi çayda boğulan oğlunu xilas etmək istəyəndə axına düşüb
Region03:27
Tramp Venesuelanın xəritəsini yenə "51-ci ştat" yazısı ilə paylaşıb
Digər ölkələr02:58
Əraqçi: ABŞ və İsrailin hücumlarına qətiyyətli cavab veriləcək
Region02:31