Əliyar Ağayevin idarə etdiyi oyunda "Arsenal" qələbə qazanıb
- 04 noyabr, 2025
- 23:40
Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edib.
"Report"un məlumatına görə, qarşılaşma "topçular"ın 3:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycanlı hakim 32-ci dəqiqədə çexiyalıların futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə penalti təyin edib. Referi VAR-a baxdıqdan sonra qayda pozuntusunu qeydə alıb.
Zərbəni yerinə yetirən Bukayo Saka isə hədəfdən yayınmayıb. Digər qolları Bay Merino (46, 68) vurub.
Matçın baş hakimi 84-cü dəqiqədə kobud oyuna görə londonluların qapısına onbir metrlik cərimə zərbəsi təyin edib. Növbəti dəfə VAR monitoruna yaxınlaşan ədalət qoruyucusu penalti qərarını ləğv edib.
Əliyar Ağayev matç boyunca "Slaviya"nın 3, "Arsenal"ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.