ABŞ "Minuteman III" qitələrarası ballistik raketinin planlaşdırılmış sınağını keçirəcək

Digər ölkələr
  • 05 noyabr, 2025
  • 01:57
ABŞ Minuteman III qitələrarası ballistik raketinin planlaşdırılmış sınağını keçirəcək

ABŞ çərşənbə günü Sakit okean bölgəsində silahsız "Minuteman III" qitələrarası ballistik raketinin planlaşdırılmış sınaq buraxılışını həyata keçirəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığı məlumat yayıb.

"ABŞ Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığı tərəfindən "Minuteman III" qitələrarası ballistik raketinin döyüş başlığı olmadan sınaq buraxılışının 4 noyabr tarixində Sakit okean vaxtı ilə saat 23:01-dən 05:01-ə qədər (Bakı vaxtı ilə 5 noyabr saat 11:01-dən 17:01-ə qədər) Vandenberq bazasından həyata keçirilməsi planlaşdırılıb", – deyə məlumatda bildirilib.

Qitələrarası ballistik raketlərin sınaq proqramının məqsədi silah sisteminin effektivliyini, döyüş hazırlığını və dəqiqliyini yoxlamaqdır.

Qeyd olunub ki, bu sınaq planlaşdırılmış xarakter daşıyır.

Uçuş məsafəsi təxminən 6,8 min kilometr olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti