Dünya çempionu dopinqə görə cəzalandırıldı
Futbol
- 16 oktyabr, 2020
- 15:04
Ağırlıqqaldırma üzrə sabiq dünya çempionu Svetlana Şimkova antidopinq qaydalarını pozmaqda şübhəli bilindiyi üçün cəzalandırılıb.
"Report" Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı idmançının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Qərar Moskva Antidopinq Laboratoriyasının məlumatlarının yoxlanılmasına əsasən verilib. Şimkovanın cəzası oktyabrın 16-da qüvvəyə minib. IWF istintaqa qədər vəziyyətlə bağlı açıqlama verməyəcək.
Qeyd edək ki, Svetlana Şimkova 2010-cu ildə 69 kq çəki dərəcəsində dünya çempionu olub. İdmançı iki dəfə Avropa çempionu adını qazanıb.
Son xəbərlər
11:44
Azər Əmiraslanov: "Ölkədə rəqəmsal iqtisadiyyat və dövlət idarəçiliyi vahid sistemdə birləşdirilir"
İKT11:43
Abşeronda xeyli sayda silah-sursat aşkarlanıb
Hadisə11:37
Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib
Digər ölkələr11:35
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
Qarabağ11:27
"Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia "Əl-Feyha" klubu ilə yollarını ayırıb
Futbol11:17
"Embafinans" BOKT 7 milyon manatlıq istiqraz buraxır
Maliyyə11:12
İlham Əliyev: Donald Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var
Xarici siyasət11:10
Yaşar Gülər: Türkiyəni kənarda saxlamaq Avropanı daha təhlükəsiz etməyəcək
Region11:10