"Embafinans" BOKT 7 milyon manatlıq istiqraz buraxır
Maliyyə
- 07 iyul, 2026
- 11:17
"Embafinans" QSC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 7 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 70 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar birqiymətli təklif üsulu ilə yerləşdiriləcək, 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Son xəbərlər
12:37
Xalq rəssamı: Atam əl işlərimə baxıb dedi ki, buna pul verib alanlar dəlidir – MÜSAHİBƏ
İncəsənət12:36
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun dəyişiklikləri I oxunuşda qəbul olunub
Maliyyə12:35
Bəzi qanunlara kraudfandinq fəaliyyəti ilə əlaqədar dəyişikliklər I oxunuşda qəbul olunub
Maliyyə12:34
"Kraudfandinq haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub
Maliyyə12:34
ƏSF-nin saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə bölmə yaradılıb
Maliyyə12:33
Rusiyanın iyulun 6-na keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 22-yə çatıb
Digər ölkələr12:30
Şahin Bağırov: "Voleybol millimizin Avropa çempionatında yaxşı nəticə qazanacağına ümid edirəm"
Komanda12:28
Foto
Ağalıda salınan intensiv meyvə bağlarında məhsul yığımına başlanılıb
ASK12:25