"Dnepr" klubunu Avropa Liqasının finalına çıxarmış baş məşqçi istefa verir
Futbol
- 03 iyun, 2015
- 04:39
Bakı. 3 iyun. REPORT.AZ/ Ukraynanın "Dnepr" futbol klubunun baş məşqçisi Miron Markeviç yaxın vaxtlarda postundan istefa verəcək. "Report"un "Futbol 1" telekanalına istinadən məlumatına görə, səbəb 64 yaşlı mütəxəssislə klubun sahibi İqor Kolomoyski arasında yaranan fikir ayrılığıdır.
İ.Kolomoyski yeni transferlərə pul ayırmaq istəmir. O, hesab edir ki, komandada öz yetirmələri oynamalıdır. Baş məşqçi isə 4 futbolçunun alınmasını istəyir. Hazırda M.Markeviçin "Dnepr"dən ayrılma ehtimalının 90 faiz olduğu bildirilir.
Qeyd edək ki, "Dnepr" Avropa Liqasının finalında İspaniya "Sevilya"sına uduzub - 2:3. Bu klub qrup mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibi olub.
Son xəbərlər
13:00
ETTELAAT-ın Əhvazdakı binası ABŞ-nin hücumuna məruz qalıb
Region12:59
Dünya çempionatı: Nuray Cəfərli macarıstanlı rəqibinə uduzub
Fərdi12:52
Laçın sakini: İki nəfərlə başladığım biznesdə indi doqquz nəfər çalışır
Biznes12:52
Azərbaycan qara metal ixracından gəlirini 30 %-dən çox artırıb
Biznes12:50
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişib
İKT12:47
AQTA Yevlaxda gənc qızın qida zəhərlənməsi şübhəsi ilə ölümünü nəzarətə götürüb - YENİLƏNİB-2
Hadisə12:43
Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq
Daxili siyasət12:39
Paşinyan Ermənistan hökumətinin istefasının anonsunu verib
Region12:38