AQTA Yevlaxda gənc qızın qida zəhərlənməsi şübhəsi ilə ölümünü nəzarətə götürüb - YENİLƏNİB
- 30 iyul, 2026
- 12:02
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsi şübhəsi ilə öldüyü ehtimal edilən hadisəni nəzarətə götürüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qeyd olunub ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb:
"Yevlaxda baş verən hadisə nəzarətdədir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
Müxbir: Sevil Seymur
Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.