DÇ-2026-nın final matçının biletlərinin qiyməti açıqlanıb
Futbol
- 02 oktyabr, 2025
- 16:21
Futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatının final matçının biletlərinin qiyməti açıqlanıb.
"Report"un "The Athletic"ə istinadən məlumatına görə, Nyu-Cersi ştatının Şərqi Ruterford şəhərindəki "Metlayf" stadionunda baş tutacaq görüşün ən ucuz biletinin qiyməti 2030 dollardır.
Bu, 4-cü kateqoriyaya aid biletdir. Üçüncü kateqoriya biletlərin qiyməti 2790 dollar, ikinci kateqoriya biletlərin qiyməti 4210 dollar, birinci kateqoriya biletlərin qiyməti isə 6370 dollara bərabərdir.
Mexiko şəhərində keçiriləcək açılış oyununa biletlər 370-1825 dollar aralığında dəyişir.
Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. 48 komandanın mübarizə aparacağı mundial iyunun 11-dən iyulun 19-dək davam edəcək.
Son xəbərlər
08:55
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub - YENİLƏNİB
İnfrastruktur08:53
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.01.2026)
Maliyyə08:52
"NBC News": ABŞ-nin Karakasda eşidilən atəş səsləri ilə heç bir əlaqəsi yoxdur
Digər ölkələr08:28
Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edib
Digər ölkələr08:17
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:43
Kan: Netanyahu Putindən İsrailin İrana hücum etmək niyyətində olmadığını çatdırmağı xahiş edib
Digər ölkələr07:15
Karakasda Prezident sarayının yaxınlığında atəş səsləri eşidilib
Digər ölkələr06:33
Ağ Ev: Real dünya güc və qüdrətlə idarə olunur
Digər ölkələr06:02