İlk köç karvanı Xocavəndə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
- 20 fevral, 2026
- 16:01
İlk köç karvanı Xocavənd şəhəri və eyni adlı kəndə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, ilk mərhələdə Xocavənd şəhərində 50 (194 nəfər), kəndində isə 20 ailə (94 nəfər) məskunlaşıb.
İlk köç karvanı Xocavənd şəhəri və eyni adlı kəndə çatıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, ilk mərhələdə Xocavənd şəhərinə 50 (194 nəfər), kəndinə isə 20 ailənin (94 nəfər) qayıdışı təmin edilib.
Xocavənd şəhəri və Xocavənd kəndinə ilk köç karvanı yola salınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) köçürülüb.