DÇ-2026: Paraqvay Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb – YENİLƏNİB-8

Futbol
  • 30 iyun, 2026
  • 03:28
DÇ-2026: Paraqvay Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb – YENİLƏNİB-8

Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.

Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) fərqləniblər.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında daha dəqiq oynayan (4:3) Cənubi Amerika təmsilçisi 1/8 finala yüksəlib.

Komandanın bu raunddakı rəqibi Fransa - İsveç cütünün qalibi olacaq.

Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda əlavə vaxt başa çatıb.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final matçının əlavə vaxtında da qələbə qazanan olmayıb – 1:1.

Qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyulub.

Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda əlavə vaxt başlayıb.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçının əsas vaxtında qələbə qazanan olmayıb – 1:1.

Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Burada da tərəflərdən biri üstün olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.

Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda əsas vaxt başa çatıb.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında qələbə qazanan olmayıb – 1:1.

Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Burada da tərəflərdən biri üstün olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.

Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesabı bərabərləşdiriblər – 1:1.

54-cü dəqiqədə Kay Havertz qapını dəqiq nişan alıb.

Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir – 1:0.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.

Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi fasiləyə üstün yollanıb – 1:0.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.

Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 1:0.

42-ci dəqiqədə Xulio Ensiso topu rəqibin qapısından keçirib.

Futbol üzrə dünya çempionatının Almaniya - Paraqvay oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Boston stadionunda keçirilir.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.