"Dandolk" "Qarabağ"la oyuna itki ilə çıxacaq
Futbol
- 30 iyul, 2019
- 07:34
İrlandiyanın "Dandolk" komandası "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə itki ilə çıxacaq.
"Report"un məlumatına görə, Robbi Benson Bakıya səfər edən heyətə daxil edilməyib. İlk matçda qabırğasından xəsarət alan 27 yaşlı yarımmüdafiəçinin uzun yol qət etməsi məqsədəuyğun sayılmayıb.
Komandanın köməkçi-məşqçisi Con Gill deyib: "Bu, nisbətən qısa müddətli reys olsaydı, onu gətirə bilərdik. Çünki Robbi əla oğlandır, komandaya özünə əminlik aşılayır. Amma oyuna tamaşa etməkdən ötrü 5000 mil qət etməsinin əhəmiyyəti yoxdur".
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da başlanacaq.
Son xəbərlər
14:24
Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək
Elm və təhsil14:19
PSJ-nin sabiq futbolçusu Tomas Menye "Sanderlend"ə keçib
Futbol14:18
Azərbaycanda I yarımildə 230 minə yaxın "ASAN İmza" sertifikatı verilib
Maliyyə14:16
Kiyevdə Ursula Fon der Lyayenə Ukraynanın "Avropa" ordeni təqdim ediləcək
Digər ölkələr14:15
Azərbaycanda əkin sahələrinin 78,5 %-də biçin yekunlaşıb
ASK14:11
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
İnfrastruktur14:07
Çexiyada iki avtobus toqquşub, 17 nəfər xəsarət alıb
Digər ölkələr14:02
"Real" Alvaro Karrerasla bağlı "Çelsi"nin 25 milyon avroluq transfer təklifini qəbul etməyib
Futbol13:45
Foto