Daha bir məşhur futbolçu federasiya prezidenti olmaq istəyir
Futbol
- 22 sentyabr, 2021
- 05:59
Ötənlərin məşhur hücumçusu Samuel Eto O Kamerun Futbol Federasiyasının prezidenti olmaq istəyir.
"Report"un məlumatına görə, 40 yaşlı hücumçu bu barədə şəxsi tvitter hesabında bildirib.
Seçkilərə qatılacağını deyən Kamerun millisinin sabiq üzvü ölkəsinə olan sevgisindən və futbola ehtirası səbəbindən belə qərar qəbul etdiyini söyləyib: "Zaman tükənmək üzrədir, gözləmək seçim deyil. Futbolumuzu bərpa etməyin vaxtı gəlib".
Qeyd edək ki, Samuel Eto O karyerası ərzində İspaniyanın "Barselona", "Real Madrid" və "Malyorka", İngiltərənin "Çelsi", İtaliyanın "İnter", Rusiyanın "Anji" və Türkiyənin "Konyaspor" kimi komandalarında çıxış edib. Daha əvvəl Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub.
Son xəbərlər
20:56
Göygöldə maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb
Hadisə20:53
İsrail 2023-cü ildən bəri ilk dəfə ölkənin cənubundakı xüsusi rejimi ləğv edir
Digər ölkələr20:50
PSJ və "Sevilya"nın sabiq futbolçusu karyerasını başa vurub
Futbol20:40
Türkiyə və Böyük Britaniya "Eurofighter" qırıcı təyyarələrinin tədarükünə dair saziş imzalayıb
Region20:33
Ermənistan Rusiya ilə TRIPP çərçivəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır
Xarici siyasət20:20
Polşa Prezidenti Dəftərxanası: Zelenski Navrotski ilə görüşmək üçün Varşavaya gəlməlidir
Digər ölkələr20:19
"Yuventus"un baş məşqçi postuna üç namizəd var
Futbol20:05
Sevastopolda kranın aşması nəticəsində iki nəfər ölüb
Region19:55